Əlaqə Arxiv
news Image
2017.03.03
07:00
| A A A
Cəbhədə düşmənin canlı qüvvə və texnika itkisi artır
Üzeyir Cəfərov: “Düşmənin təxribatları olduğu müddətcə onların qarşısını almağa davam edəcəyik” Tərlan Eyvazov: “Düşmən nə qədər canlı qüvvə və texnika çıxardacaqsa, o qədər də çox itki verəcək”

Düşmən son günlər təxribatlarının sayını artırıb. Martın 1-dən 2-nə keçən gecə Ermənilər Azərbaycan ordusunun mövqelərinə 80 mərmi atıb, düşmən atəşkəsi 144 dəfə pozub. İşğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib. Eyni zamanda cəbhənin Ağdərə-Tərtər istiqamətində də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub. Ekspertlərin sözlərinə görə, Ermənistan bu gedişlə daha çox canlı qüvvə, texnika itkisinə məruz qalacaq.

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirdi ki, Azərbaycan  Silahlı Qüvvələri düşmənin bütün hərəkətləri ilə bağlı müvafiq addımlar atır: “Ancaq görünən odur ki, düşmən sakitləşmək istəmir. Yəqin ki, gərginliyi bir qədər də artıracaq. 
İndiyə qədər avtomat, puleymotlardan istifadə edirdilərsə, son vaxtlar ağır artilleriya, tanklardan atəş açırlar. Uzun müddət o qədər də narahatçılıq doğurmayan Xocavənd istiqamətində qoşunlarımızın yerləşdiyi ərazilərə şəxsi heyət yığıblar. Məqsədləri də aydındır: Azərbaycana problem yaratmaq istəyirlər. Həm diqqəti yayındırmaq istəyirlər, həm də hansısa ərazini almaq niyyətindədirlər. Guya bu da onlar üçün seçkiöncəsi böyük uğur olacaq. Bu baxımdan ora xeyli sayda “dığa” töküblər. Azərbaycan Müdafiə Nazirliyi isə öz növbəsində tank əleyhinə idarəoluna raketdən bu günlərdə düşmənin daha bir tankını  məhv edib. Maraqlıdır, tank məhv olub, amma düşmən deyir ki, itki verməmişik. Gülüncdür. Düşmən itkidən o qədər qorxur ki, vurulan zirehli texnika guya pilotsuz aparatdır. Amma onu insan idarə edir. Ən azından mexanik, tuşlayıcı tankın içərisində olub. Aydındır ki, düşmən itkilərini gizlətməyə çalışır.  Amma tədricən itkilər haqqında məlumatlar yayılacaq. Ermənistan hakimiyyəti parlament seçkiləri öncəsi problemlə üzləşmək istəmir. Nəzərə alaq ki, aprel hadisələrinin ildönümüdür. Çox narahatdırlar. Serj Sarkisyan Edvard Nalbadyandan sonra Moskvaya getməyə hazırlaşır. İki həftə sonra Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparacaq. Azərbaycan diqqətli olmalıdır. Çünki Ermənistan vəziyyəti bir qədər də gərginləşdirməyə davam edəcək. Qüvvələrimiz hazır vəziyyətdədir. Düşmənin təxribatları olduğu müddətcə onların qarşısını almağa davam edəcəyik”. 
Hərbi məsələlər üzrə digər ekspert Tərlan Eyvazov bildirdi ki, düşmən nə qədər canlı qüvvə və texnika çıxardacaqsa, o qədər də çox itki verəcək: “Xocavənd istiqamətində baş verən hadisələr də göstərir ki, beynəlxalq təşkilatlar həmin əraziləri neytral ərazi kimi qeyd edirlər. Ancaq “neytral ərazi” dedikləri Azərbaycana məxsusdur. Eyni zamanda işağl edilmiş ərazilərdə qondarma sepratçı qüvvələri yox, məhz Ermənistanın silahlı birləşmələri yerləşdirilib. Bunu da bütün dünya bilir. Ona görə Ermənistan tərəfi nəzərə almalıdır ki, həmin qeyri-qanuni qüvvələr mütləq Azərbaycanın zərbələrinə məruz qalacaqlar”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz