news Image
2017.03.03
14:56
| A A A
Rusiya Ombudsmanı Aleksandr Lapşinlə bağlı azərbaycanlı həmkarına müraciət edəcək Böyüt

Rusiyanın insan haqları üzrə müvəkkili Tatyana Moskalkova Azərbaycanda həbsdə olan rusiyalı bloger Aleksandr Lapşinin saxlanma şəraiti ilə tanış olması üçün azərbaycanlı həmkarı Elmira Süleymanovaya müraciət edəcək.
 
Movqe.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə rusiyalı ombudsman RİA Novosti-yə açıqlamasında deyib.
 
O bildirib ki, risklər zonasında işləyən xüsusi professional təbəqə kimi jurnalistlər xüsusi diqqət və hörmət tələb edir: “Belarusdan Azərbaycana ekstradisiya edilən Aleksandr Lapşin məsələsi ilə bağlı mən bəyanatla çıxış etmişdim. Azərbaycanlı həmkarımdan xahiş edəcəyəm ki, Aleksandr Lapşinin tibbi köməyə ehtiyacının və saxlanma şəraitindən narazılığının olub-olmaması ilə tanış olmaq üçün ona baş çəksin”.
 
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs