news Image
2017.03.03
17:07
| A A A
Avropa İttifaqı - Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin Bəyanatı

Azərbaycan Baş Prokurorunun Avropa Parlamenti üzvləri Elena Theoxarous, Frank Engel və Jaromir Stetinaya qarşı beynəlxalq həbs qərarı həm Avropada, həm də Ermənistanda geniş müzakirələrə səbəb olub. Sözügedən Avropa Parlamenti üzvləri haqqında beynəlxalq axtarış elan olunması qərarı, Azərbaycan hökuməti tərəfindən öncədən rəsmi icazə almadan və müvafiq prosedurlardan keçmədən Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etdiklərinə görə verilib.

Bu qərarla əlaqədar həmin şəxslərin və onların erməni həmkarlarının Azərbaycan haqqında mənfi fikir yaratmaq cəhdləri, eləcə də, işğal altında olan ərazilərimizə qanunsuz səfərlərini qondarma referendumda “müşahidəçilik” statusu ilə əsaslandırmaq cəhdləri ciddi narahatlıq yaradır.

Avropa Parlamentinin üzvü Engel öz bəyanatında Avropa İttifaqı və Ermənistan arasında Assosiasiya Sazişi ətrafında Danışıqlar haqqında 18 aprel 2012-ci ildə qəbul edilmiş Qətnaməyə istinad edərək, 1.t maddəsinin kontekstdən çıxarılmış bir cümləsindən özünə sərf etdiyi tərzdə və heç bir fakta söykənmədən sui-istifadə edir: Həmin bənddə deyilir: “Aİ nümayəndələrinin Dağlıq Qarabağa və işğal edilmiş ətraf rayonlara qeyd-şərtsiz girişinə ehtiyacı xüsusi vurğulanır”.

Mən cənab Engeli 1.t maddəsinin tam mətnini oxumağa çağırıram:

“Ermənistan və Azərbaycan icmalarını səfərbər edəcək və bütün tərəflər arasında sülh, barışıq və inam ideyalarını yayacaq etimad möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsini dəstəkləməklə, Dağlıq Qarabağda münaqişənin həlli yollarını tapmaq istiqamətində daha vacib rol oynayır; həm Ermənistan, həm də Azərbaycan Minsk Qrupu formatı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının sürətləndirilməsi istiqamətində qəbul edilmiş istənilən qərarın tam və vaxtında həyata keçirilməsini təmin etmək üçün müvafiq tədbirlər görməli olduğunu vurğulayır; Aİ nümayəndələrinin Dağlıq Qarabağa və işğal edilmiş ətraf rayonlara qeyd-şərtsiz girişinə ehtiyacı xüsusi vurğulayır;”

Cənab Engel və onun həmkarlarının işğal altında olan ərazilərə səfərini icmalar arasında etimadın möhkəmləndirilməsi və ya münaqişənin sülh yolu ilə həllinin sürətləndirilməsi məqsədi kimi qələmə vermək əsassızdır və tamamilə yersiz görünür. Bu halda mən, cənab Engelə Avropa Parlamentinin Dağlıq Qarabağ üzrə mövqeyini daha yaxşı anlamaq üçün rəsmi sənəddə öz əksini tapmış, 18 aprel 2012-ci il tarixli həmin Qətnamənin G və H bəndlərinə də xüsusi diqqət yetirməsini məsləhət görürəm:

G. üçüncü ölkəyə məxsus ərazilərin işğal olunması beynəlxalq hüququn pozulmasıdır və Avropa Qonşuluq Siyasətinə ziddir, beləliklə də, bütöv Şərq Tərəfdaşlığı Layihəsinin təhlükə altına qoyulmasıdır;

H. işğal olunmuş Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən qanunsuz hərəkətlər barədə dərin narahatlıq doğuran hesabatlar mövcuddur, daha dəqiq, bu hərəkətlər - mütəmadi hərbi manevrlər, hərbi texnikanın və personalın yenilənməsi və müdafiə eşelonunun gücləndirilməsidir;

Cənab Engelin müsahibəsi və ən son bəyanatı mənə onun diqqətini Avropa İttifaqının rəsmi mövqeyinə və qəbul etdiyi sənədlərə cəlb etməkdən başqa seçim qoymur:

Bir neçə ay öncə qəbul edilmiş Avropa Birliyinin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasının “Avropa Təhlükəsizlik Sərəncamı” başlığı altındakı 3.4-cü maddəsində işğal haqqında Avropa İttifaqının mövqeyi aydın şəkildə öz əksini tapıb: Həmin sənəddə deyilir: “Dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və mübahisələrin sülh yolu ilə həlli Avropa təhlükəsizlik sərəncamının əsas şərtlərindəndir. Bu prinsiplər Avropa İttifaqının hüdudları daxilində və xaricində yerləşən bütün dövlətlərə şamil olunur.”

Əlavə olaraq mən, Avropa Parlamentinin üzvü Frank Engelin öz ölkəsinin - Lüksemburqun, diplomatik münasibətlər də daxil olmaqla Azərbaycanla bütün əlaqələrin kəsilməsinin “vacibliyi” haqqında “Tageblatt Letzebuerg”-a verdiyi müsahibəsinə də şərhimi bildirmək istərdim.

Bu gün Azərbaycan və Lüksemburq arasında qarşılıqlı hörmətə əsaslanan diplomatik, siyasi, iqtisadi, humanitar və parlamentlərarası münasibətlər şox yüksək səviyyədədir.

Ermənistanın fəxri konsulu titulunu daşıyan Cənab Engelin iki suveren ölkə arasında yüksək səviyyəli movcud əlaqələrin pozulması haqqında irəli sürdüyü təklif absurddur, tamamilə əsassızdır və gülünc doğurur. Xüsusilə də ona görə ki, Lüksemburqun Xarici İşlər Nazirliyinin mövqeyi ilə cənab Engelin düşüncələri və şərhləri bir-birinə tamamilə ziddir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs