news Image
2017.03.06
18:46
| A A A
Vüqar Rəhimzadə: Mehman Hüseynovun həbsini fəaliyyəti ilə əlaqələndirmək gülüncdür

Vətəndaş Mehman Hüseynov törətdiyi cinayət əməlinə görə həbs edilib və onun həbsini fəaliyyəti ilə əlaqələndirmək gülüncdür. Bunu Trend-ə açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanda nə siyasi, nə ictimai fəaliyyəti ilə bağlı həbs edilən yoxdur:

"Azərbaycan dövlət qanunları ilə idarə olunur. Burda heç kim cinayət törətmədən həbs edilmir. Bəzi beynəlxalq və yerli təşkilatlar siyasi məhbus adı ilə alver edirlər. Konkret faktlarla tutulan insanları siyasi məhbus adlandırmaq istəyirlər. Bu qəbulolunmaz faktdır. Qanun hər bir vətəndaş üçün eynidir, heç kim bu qanunlardan kənar hərəkət edə bilməz. Sən jurnalist kimi fəaliyyət göstərə bilərsən, amma sənin vətəndaşdan artıq heç bir hüququn ola bilməz. Qanun hamı üçün qanundur və qanunların tətbiqi də hamı üçün eynidir. Kimsə cinayət törədəcəksə, qanunu pozacaqsa, təbii ki qanun qarşısında cavab verəcək. Jurnalistin əlahiddə səlahiyyətləri olmalıdır, kimsə bildiyin eləməlidir? Bu qətiyyən yolverilməzdir. Və həmin təşkilatlar birdəfəlik dərk etməlidirlər ki, Azərbaycanda siyasi məhbus yoxdur. O, konkret ittiham əsasında həbs edilib və məhkəmə araşdırması zamanı onun əməlində cinayət tərkibi olduğu tam təsdiqini tapıb".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs