Əlaqə Arxiv
news Image
2017.03.07
15:58
| A A A
Dmitri Medvedev Mehriban Əliyevaya təbrik məktubu göndərib

Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib.
Movqe.az-ın məlumatına görə, məktubda deyilir: "Hörmətli Mehriban Arif qızı.
 
Əlamətdar bayram – 8 Mart münasibətilə səmimi təbriklərimi qəbul edin.
 
Bu bayram insanlara həmişə səmimiyyət, təbəssüm və parlaq emosiyalar bəxş edir. Yenilənmə dövrü olan bahar bizə sevinc gətirir, xüsusi ovqat yaradır. Martın 8-də biz ən yaxşı arzularımızı və ən səmimi sözlərimizi qadınlara həsr edirik.
 
Qadınlar ailələrinə, dostlarına və həmkarlarına diqqət və qayğı göstərir, evdə rahatlıq və harmoniya ab-havası yaradırlar. Qoy, hər bir işiniz uğurlu, doğmalarınız və yaxınlarınız xoşbəxt və firavan olsunlar.
 
Sizə möhkəm cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm".

 

 

Sizin Reklam Yeriniz