Əlaqə Arxiv
news Image
2017.03.08
14:30
| A A A
Mərkəzi Kəşfiyyat İdarəsi "WhatsApp"ın müdafiəsini qırmaq iqtidarındadır
Bu barədə Wikileaksin dərc etdiyi sənədlərdə deyilir

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) "Telegram", "WhatsApp" və "Weibo" kimi proqramların müdafiə sistemini qırmaq vasitələrinə malikdir.

"Report" xəbər verir ki, bu barədə "Wikileaks" portalının dərc etdiyi "Vault 7" kod adlı MKİ sənədlərində qeyd olunur.
Dərc olunan sənədlərin "Year Zero" adı almış ilk hissəsi 8 min 761 sənəd və fayldan ibarətdir. Onlarda xüsusi xidmət orqanları tərəfindən istifadəçilərin yazışmasına və onların olduğu yerə çıxış əldə etmək üçün istifadə olunan ziyanlı proqram təminatlarının siyahısı var.

Sizin Reklam Yeriniz