news Image
2017.03.08
21:30
| A A A
Elmar Məmmədyarov: “İlham Əliyevin Moskvaya səfəri gözlənilir”

Rusiya və Azərbaycan rəsmiləri bu il qarşılıqlı səfərlər edəcəklər. "İnterfaks" agentliyi xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanovla görüşündə bildirib. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya səfəri gözlənilir: "Rusiya baş naziri Dmitri Medvedevin Bakıya səfəri olacaq. Çox güman ki, bizim prezidentin də Moskvaya səfəri gözlənilir".

E.Məmmədyarov prezident İlham Əliyevin Moskvaya səfərinin təşkili məsələsinin rusiyalı həmkarı Sergey Lavrovla görüşündə müzakirə olunduğunu da söyləyib: "Lakin bu səfərin dəqiq tarixi məlum deyil. Biz Sergey Lavrovla iki prezidentin qrafiklərinə uyğun müddəti müzakirə etdik. Lakin səfərin tarixini əvvəlcədən sizə deyə bilmərəm".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs