Əlaqə Arxiv
news Image
2017.03.09
19:30
| A A A
Putin Moskvada Netanyahu ilə görüşdü

Moskvada Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netanyahu arasında görüş keçirilib.

APA-nın verdiyi məlumata görə, görüşdə Yaxın Şərqdəki, xüsusilə Suriyadakı hazırkı vəziyyət müzakirə olunub.

Bundan başqa, tərəflər Rusiya-İsrail əməkdaşlığını müzakirə ediblər.

V. Putin İsrail baş naziri ilə aralarında sıx və güvənli təmasın yaranmasından məmnunluğunu ifadə edib: "Biz müntəzəm olaraq şəxsən görüşürük, hər zaman telefonla əlaqə saxlayırıq, nazirliklər səviyyəsində işləyirik".

Sizin Reklam Yeriniz