Əlaqə Arxiv
news Image
2017.03.09
20:30
| A A A
Şimali Koreya SWIFT-dən çıxarıldı

Şimali Koreya beynəlxalq bank sistemi – SWIFT-dən kənarlaşdırılıb.

İKT.lent.az-ın verdiyi məlumata görə, bu barədə Belçikanın xarici işlər naziri açıqlama yayıb. (SWIFT-in baş ofisi Brüsseldə yerləşir.)

Sanksiya Pxenyanın növbəti raket sınaqları ilə əlaqədardır və Şimali Koreyanın 3 bankına şamil olunacaq.

Xatırladaq ki, martın 6-da Şimali Koreya Yapon dənizi istiqamətində 4 raket atıb. Onlardan 3-ü Yaponiyanın nəzarətindəki 200 millik zonaya düşüb. BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın bu addımını qınayıb və sərt tədbirlər görəcəyini bəyan edib.

Qeyd edək ki, SWIFT (Society for Worldwide Interbank Financial Telecommunications) beynəlxalq banklararası informasiya mübadiləsi və ödəniş sistemidir. Qurum SWIFT-BIC, BIC code, SWIFT ID və ya SWIFT code adları ilə də tanınır. 1973-cü ildə təsis edilən sistemin təsisçisi qismində 15 ölkə və 239 bank çıxış edir. Hazırda 209 ölkədən 9 mindən çox bank sistemdə iştirak edir. Təşkilat Belçika qanunları əsasında fəaliyyət göstərir.

Sizin Reklam Yeriniz