Əlaqə Arxiv
news Image
2017.03.09
21:30
| A A A
Oleq Kuznetsov: "Rusiya ermənipərəst mövqeyini Azərbaycana tərəf çevirməyə başlayır"

"Rusiya dövlət gəmisini ermənipərəst mövqedən Azərbaycana tərəf çevirməyə başlayır. Dağlıq Qarabağ münaqişəsi əvvəllər Moskvanın Bakıya təzyiq aləti idisə, indi artıq Yerevana təzyiq vasitəsi olacaq".

"Report" xəbər verir ki, bunu rusiyalı siyasi analitik Oleq Kuznetsov Dağlıq Qarabağ münaqişəsinin həllinə həsr olunmuş "dəyirmi masa"da deyib.

Ekspert bildirib ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistanın prezidenti Serj Sarkisyan hərbi cinayətkardır, amma prezident olduğundan Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilə bilməz.

Onun sözlərinə görə, Sarkisyanın prezident toxunulmazlığından məhrum ediləcəyi halda, ona qarşı cinayət işinin başladılması real perspektivli ola bilər.

"Qarabağ klanı Ermənistanda hakimiyyəti itirsə, Sarkisyanın iki yolu olacaq - ya həbsxana, ya da qəbir. Ona görə də onlar son ana qədər Azərbaycana müqavimət göstərəcəklər. Serj Sarkisyan hüquqi məsuliyyətdən qaçmaq üçün öz xalqına qarşı soyqırımı da edər", - o əlavə edib.

Sizin Reklam Yeriniz