news Image
2017.03.10
15:23
| A A A
Putinlə Ərdoğan görüşdü

Moskvada Rusiya və Türkiyə prezidentləri arasında görüş başlayıb.
 
Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Kremldə keçirilən görüşdə hər iki ölkənin xarici işlər və müdafiə nazirləri və prezidentlərin köməkçiləri də iştirak edir.  
 
Vladimir Putin türkiyəli həmkarını Moskvada qəbul etməkdən məmnun olduğunu deyib. Görüşün məhsuldar keçəcəyinə əminliyin vurğulayan Rusiya dövlət başçısı iki ölkə arasında enerji və digər sahələrdə birgə layihələri, o cümlədən terrorçuluğa qarşı mübarizəni müzakirə edəcəklərini söyləyib. 
 
Öz növbəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada olmaqdan məmnunluğunu ifadə edib. O, bu gün rusiyalı həmkarı ilə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VI iclasında iştirak edəcəklərini və bu iclasda ikitərəfli münasibətlərə dair məsələlərlə yanaşı, regional problemləri də müzakirə edəcəklərini vurğulayıb. 
 
Qeyd edək ki, ikitərəfli görüşdən sonra Rusiya və Türkiyə arasındakı Yüksək səviyyəli Əməkdaşlıq Şurasının VI iclası başlayacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs