Əlaqə Arxiv
news Image
2017.03.21
15:57
| A A A
“Azərbaycanla oturub razılaşacağıq” – Ermənistan baş naziri

“Bir müddət sonra Azərbaycanla oturub oyun qaydaları barədə razılığa gələcəyimizi istisna etmirəm. Bu bizim dostlaşacağımız anlamına gəlmir. Lakin bu qonşuluqda, eyni ərazidə birgə necə yaşayacağımız barədə razılığa gələcəyimiz anlamına gəlir”.

Erməni KİV-i xəbər verir ki, bunu parlament seçkiləri ərəfəsində seçicinin Türkiyə və Azərbaycanla sülh və mehriban qonşuluğu necə təsəvvür etməsi barədə sualını cavablandırarkən Ermənistanın baş naziri Karen Karapetyan bildirib. 

Karapetyanın sözlərinə görə, ölkənin indiki hakimiyyəti Qarabağ məsələsində erməni müxalifətinə nisbətən daha möhkəmdir: “Vətəndaşlarımız bizi müxtəlif məsələlərdə tənqid edə bilərlər, lakin Qarabağ məsələsində biz daha möhkəmik”. 

Sizin Reklam Yeriniz