Əlaqə Arxiv
news Image
2017.03.27
13:54
| A A A
GUAM: Münaqişələr dövlətlərin suverenliyi və ərazi bütövlüyü əsasında həllini tapmalıdır

“Biz GUAM ölkələri ərazisində davam edən münaqişələrin suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həllinə cəhd etdiyimizi təsdiqləyirik”.
 
Movqe.az xəbər verir ki,  APA-nın  verdiyi məlumata görə, bu barədə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın (GUAM) hökumət başçıları səviyyəsində Kiyevdə keçirilən zirvə toplantısının yekunlarına dair qəbul olunan bəyanatda deyilir.

 
Bəyanatda bildirilir ki, dövlətlərin ərazisi güc təhdidi və ya gücdən istifadə nəticəsində digər dövlət tərəfindən ələ keçirilə bilməz: “Bu cür fəaliyyətlərin nəticəsindəki hərbi işğal və ya ilhaq qanuni sayıla bilməz“.

Sizin Reklam Yeriniz