Əlaqə Arxiv
news Image
2017.03.29
09:30
| A A A
Əsgər ölümlərinin sayının artması Ermənistanda ciddi problemə çevrilib
Hökumət xalqın qəzəbindən qorxur

Cəbhə xəttində sistemli olaraq, atəşkəs rejiminin pozulması nəticəsində düşmən tərəfinin verdiyi itkilərin sayı artsa da, ermənilər bu xəbərləri cidd-cəhdlə gizlətməkdə davam edirlər. Təkcə martın 23-dən 25-dək, yəni cəmi üç gündə Qarabağda düşmən tərəfi 3 nəfər hərbi qulluqçusunu itirib. Ümumiyyətlə, martın ötən dövrü ərzində 15-dək erməni hərbçisi özgə torpağında, yəni Qarabağda həyatını itirib. Əsgər ölümlərinin sayını azaltmaq və xalqdan gizlətmək Ermənistan hakimiyyəti üçün adi haldır və siyasi məqsədlər güdür. 

Ermənistan tərəfi itkilərini gizlətməklə ictmaiyyəti aldatmağa çalışır. Real rəqəmlər ermənilərin açıqladığından qat-qat çoxdur. Bu səbəbdən erməni valideynlər övladlarının Qarabağa göndərilmələrinə qəti etiraz edirlər. Lakin onların etirazına qulaq asan, tədbir görən kimsə yoxdur. Bu səbəbdən də minbir əziyyətlə böyütdükləri oğul övladlarını ölümdən qorumaq üçün valideynlər onları ölkədən qaçırdırlar. Təkcə keçən il Ermənistandan 2000 çağırış yaşlı gənc başqa ölkəyə gedib və geri qayıtmayıb. Hökumət bu işi daha çox iqtisadi vəziyyətə bağlamaqla yükün altından çıxmağa çalışır. Lakin vəziyyət o dərəcədə ağırdır ki, artıq yetkililər cidanı çuvalda gizlədə bilmir və etiraf edirlər ki, əhali sürətlə azalır. Hər il ölkəni 100 min nəfər tərk edir.
İndi Ermənistanda ciddi əsgər qıtlığı yaşanır. Buna görə də rəsmilər qızların əsgəri xidmətə cəlb edilməsi üçün qərarlar veriblər. Əslində, qızlar da ölümdən sığorta olunmayıblar. Lakin həddən ziyadə yoxsulluq gənc qızları talelərini orduya bağlamağa sövq edir. Bu fakt xalqın mənəvi sarsıntı keçirməsi ilə bərabər, həm də ordunun döyüş qabiliyyətinin aşağı düşməsi deməkdir. Bu günlərdə Qarabağa qanunsuz səfər edən prezident Serj Sarkisyan oradan rus silahə “İsgəndər”lə öyünüb Azərbaycana hərbə-zorba gəlmək istəyib. Ancaq zehni korroziyaya uğramış bu şəxs hansı əsgərlərlə verdiyi vədi yerinə yetirəcəyini dəqiqləşdirməyib. Axı, erməni əsgəri yad torpaqda könülsüz vuruşur. Elə buna görə də həyatını itirir.
Əsgər qıtlığı Ermənistanın Qarabağda yerləşdirdiyi qoşun birləşmələrinin ciddi probleminə çevrilib. Belə getsə, Azərbaycan Ordusunun növbəti həmləsi ermənilərin nəinki Qarabağdan, həm də ümumiyyətlə, ordudan kütləvi qaşışına səbəb ola bilər.

N.NOVRUZ

Sizin Reklam Yeriniz