Əlaqə Arxiv
news Image
2017.03.30
19:30
| A A A
Ayaz Mütəllibov: "Əgər Ter-Petrosyan bizə əl uzadırsa…"

"Ter-Petrosyanı praqmatik siyasətçi kimi tanıyıram və əgər o belə bəyanatlar verirsə, deməli anlayır ki, Ermənistanın inkişafına yol Azərbaycanla sülhdən keçir”. Bunu virtualaz.org-a eksküziv açıqlamasında Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov deyib.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın “Ermənistan işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasına başlamalıdır” bəyanatına münasibət bildirərkən A.Mütəllibov vurğulayıb ki, sülh hər iki ölkəyə lazımlıdır və "sevindirici haldır ki, Ter-Petrosyan bu mesajı erməni xalqına çatdırır".

"Mənə onunla dəfələrlə görüşmək lazım gəlib. O çox ağıllı insandır və deməliyəm ki, heç vaxt onun tərəfindən Azərbaycana azğın nifrət görmədim. Əgər o bizə əl uzadırsa, biz onu rədd etməli deyilik.

Bəli, bizim ərazilərimiz onun vaxtında işğal edilib, heç bir halda tariximizin bu faciəli səhifələrini unutmaq olmaz, amma bununla birlikdə vəziyyəti də real qiymətləndirmək lazımdır. Bizim xalqlarımız irəli baxmalı, ölkələrimizin, regionumuzun uğurlu gələcəyi haqqında fikirləşməlidir. Başqa seçim yoxdur: ya əbədi duşmənçilik edəcəyik, ya da sülh haqda razılaşma üçün özümüzdə güc tapacağıq.

Həmişə hesab etmişəm və indi də hesab edirəm ki, sülh içində yaşamağın alternativi yoxdur. Bu ağrılı problemi həll etmək üçün həm bizim tərəfimizdən, həm də erməni tərəfindən siyasi iradə lazımdır. Heç kəs bizim əvəzimizə bu məsələni həll etməyəcək - nə ATƏT-in Mins Qrupu, nə də hər hansı başqa qrup. Biz hamımız xalqlarımızı sülhə hazırlamalıyıq", - deyə Ayaz Mütəllibov vurğulayıb.

Sizin Reklam Yeriniz