Əlaqə Arxiv
news Image
2017.03.30
20:30
| A A A
ABŞ Dövlət Departamentinin əməkdaşı casusluqda ittiham edildi

Məxfi məlumata çıxışı olan ABŞ-ın Dövlət Departamentinin əməkdaşına qarşı Çin kəşfiyyatının agentləri ilə əlaqələrini gizlətməklə əlaqədar ittiham irəli sürülüb.

Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

İttihamda 60 yaşlı Kendis-Mari Kleyborn on minlərlə dolları hədiyyə kimi aldığı göstərilir.

O, rəsmi araşdırmalara maneçilik törətməkdə və FAB-a saxta məlumatlar təqdim etməkdə ittiham edilir.

Kleyborn özünü təqsirkar hesab etmir.

Kendis-Mari Kleyborn Dövlət Departamentində 1999-cu ildə işləməyə başlayıb. O İraq, Sudan və Çin də daxil olmaqla bir neçə xarici diplomatik missiyalarda işləyib.(

Sizin Reklam Yeriniz