Əlaqə Arxiv
news Image
2017.03.30
21:00
| A A A
Nazir: “Britaniya Avropa İttifaqına 58 milyard dollar ödəməyəcək”

“Britaniyanın Avropa İttifaqına hər hansı iri məbləğdə pul ödəməsi gözlənilmir”. “Movqe” TASS-a istinadən xəbər verir ki, bunu Britaniyanın Avropa İttifaqından çıxması məsələləri üzrə naziri (Brexit) Devid Devis deyib. 

Londonun Brüsselə 50 milyard funt (58 milyard dollar) ödəyəcəyi ehtimalı ilə bağlı məsələyə münasibət bildirən nazir qeyd edib ki, Avropa Komissiyasından bununla bağlı müraciət almayıblar: “Bu məsələyə münasibətimiz çox sadədir: qanuna hörmət edən dövlət olduğumuzdan bütün öhdəlikləri yerinə yetirəcəyik. Ancaq Avropa İttifaqına hər hansı iri məbləğdə pul ödəməyimiz gözlənilmir”.

Sizin Reklam Yeriniz