news Image
2012.04.25
12:06
| A A A
Prezident sərhədd zonasını ziyarət edib

Mövqe.Az BBC-yə istinadən bildirir ki, Cənubi Sudanın sərhəd qəsəbəsi Bentiunun bombalanması müharibə ilə bağlı narahatlıqları artırarkən Sudan Prezidenti Ömər əl Bəşir qarşıdurmalara səhnə olan sərhədi ziyarət edib.

Ömər əl Bəşirin ziyarət etdiyi Heglig  neft sahəsi iki həftə bundan əvvəl Sudan qoşunlarını damadağın edən Cənubi Sudan ordusu tərəfindən ələ keçirilib.Lakin Cənubi Sudan keçən həftənin sonu beynəlxalq  təzyiqlərin artması nəticəsində işğal etdiyi Heglig neft sahəsindən geri çəkilib.

Cənubi Sudan ilə Sudan arasında neçə həftədir sərhəd gərginliyi və qarşıdurmalar atrmaqdadır.

Sudanın neft gəlirinin yarıdan çoxunu təmin edən  Hegligin Sudan torpağı olduğu beynəlxalq səviyyədə qəbul edilib, amma hələ sərhəd işarə edilməyib.


Ziba Yusifova 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs