Əlaqə Arxiv
news Image
2017.04.29
12:22
| A A A
DSX və Gömrük Komitəsinin rəhbərləri Hava Limanında İslam Oyunları ilə bağlı yoxlama apardı

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin (DGK) sədri gömrük xidməti general-polkovniki Aydın Əliyev Heydər Əliyev Beynəlxalq Hava Aeroportunda xidmətin təşkilini yoxlayıb.

DSX-nın mətbuat mərkəzindən Movqe.az-a verilən məlumata görə, ölkədə keçirilməsi nəzərdə tutulan beynəlxalq irimiqyaslı tədbirlər, o cümlədən "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunları və Formula I yarışları ərəfə­sin­də, həmçinin “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 20 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tapşırıqların icra vəziyyəti müsbət dəyərləndirilib, birgə fəaliyyətin daha da gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərə­cədə artması baxımından sərhəd təhlükəsizliyinin təminatı tədbirlərinin güc­ləndirilməsi ilə yanaşı, dövlət sərhə­din­dən keçən şəxslər, nəqliyyat vasi­tələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin sürətləndirilməsi və daha səmərəli təşkilinə dair tövsiyələr və konkret tapşırıqlar verilib.

Gələcəkdə bu kimi tədbirlərin digər dövlət sərhədindən buraxılış məntə­qələrində də keçirilməsi nəzərdə tutulub.

Sizin Reklam Yeriniz