news Image
2017.05.01
09:14
| A A A
Tələbələr təhsil haqlarını elektron qaydada ödəyə biləcəklər

Ali təhsil müəssisələrində ödənişli təhsil alan tələbələrin ödənişlərinin Hökumət Ödəniş Portalı vasitəsi ilə qəbul edilməsi üçün proqram təminatı hazırlanıb.

Movqe.az-ın məlumatına görə, hazırda Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün müraciətin və sənədlərin qəbulu, imtahan nəticələri haqqında məlumatın verilməsi, təhsil müəssisələrinin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul üçün müraciətin və sənədlərin qəbulu, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsinin (nostrifikasiyası), təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması, şagirdlərin təhsildə qazandıqları cari nailiyyətləri əks etdirən məlumatların verilməsi elektron xidmətlər vasitəsilə həyata keçirilir.

Bundan əlavə, "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanılması" üzrə proqram təminatının təkmilləşdirilməsi tamamlanıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs