Əlaqə Arxiv
news Image
2017.05.01
12:32
| A A A
Keçirilən imtahan üzrə şərti keçid balları açıqlandı-Rəsmi

II və III ixtisas qrupları üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında keçid balının nə qədər olacağı ilə bağlı müxtəlif fikirlər səslənir. Movqe.az bununla bağlı yaranmış suallara  Dövlət İmtahan Mərkəzi vasitəsilə aydınlıq gətirib.  Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə bildirib ki, hər iki qrupda keçid balını müsabiqə vəziyyəti müəyyənləşdirəcək: " I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayanlar ödənişli ixtisasların seçiminə qatıla bilər. Bu qrupda dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayanlar iştirak hüququ qazanır. II ixtisas qrupunda isə, ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayanlar pullu yerləri seçə bilərlər.  Dövlət sifarişi əsasında ayrılan yerlər üzrə isə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilər".  

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz