news Image
2017.05.01
14:25
| A A A
Nazir: Təhsil müəssisələrimizdə rəqabət qabiliyyəti formalaşdırmalıyıq

Azərbaycanda müəllim peşəsinə olan maraq və müəllim olmaq üçün müraciət edənlərin sayı artıb.

Movqe.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin 2016-cı ilin hesabatına həsr olunan tədbirində çıxış edərkən deyib.

M.Cabbarov qeyd edib ki, təhsil müəssisələrində idarəetmənin keyfiyyəti təhsil sahəsinin nailiyyətlərində çox mühüm rola malikdir.

Nazir bildirib ki, idarəetmədə təkmilləşmə yalnız kadr islahatları ilə məhdudlaşmamalıdır.

Onun sözlərinə görə, son illərdə ali təhsil və digər pillələrdə idaretmə sahəsi üzrə həll edilməli olan məsələlərin sayı artıb:

"Artıq bir necə ildir ki, al məktəblər yalnız akademik göstəricilər üzrə fəaliyyətlə deyil, onlara verilən səlahiyyət çərçivəsində bütün maliyyə iqtisadi çətinliklərin həlli ilə də məşğuldurlar. Lakin tələblər dayanmadan artır. Biz təhsil müəssisələrimizdə orta və uzunmüddətli rəqabət qabiliyyəti formalaşdırmalıyıq".

Nazir deyib ki, təhsil sahəsində olan resurs heç də az əhəmiyyət kəsb etmir:

"Bizim çıxış yolumuz mövcud resurslardan daha səmərəli istifadə etməkdir. Belə düşünmək yanlışlıq olardı ki, bu məsələdə bütün yük dövlətin üzərinə düşməlidir. Özəl sektorun da bu sahə üzrə əməkdaşlığı vacibdir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs