news Image
2017.05.01
12:37
| A A A
Azərbaycan turizmində bir ilk olan kempinq mövsümü başlayır


Bundan sonra azərbaycanlı turistlər, eləcə də respublikamıza gələn qonaqlar ölkə daxilində qeyri-ənənvi turizm imkanlarından da yararlana biləcəklər. Bu imkanı yaradan kempinq (“camping”) fəaliyyətiAzərbaycan turizmində bir ilk və yeni bir istiqamətdir. Bu istiqamətin başlıca üstünlükləri və fərqləndirici tərəfləri daha təbii və sərbəst formatda, eyni zamanda daha münasib təkliflərlə istirahət imkanlarının yaradılmasıdır.  Ənənəvi istirahət formalarından fərqli olaraq, turizmin bu növü macəra həvəskarlarına insan müdaxiləsi olmayan təbiət ərazilərində çadırlarda dincəlmək, Azərbaycanın ecazkar təbiətini qarış-qarış gəzmək imkanı verir.

Ölkəmizdə bu sahədə yeganə klub olan “CampAct” (Camping Activity Club) pərakəndə və korporativ müştərilərə təbiətdə gəzinti, dinlənmə və outdoor (çöl) təhsil turlarının təşkili xidmətini göstərir. “Təbiət evimizdir” şüarı altında fəaliyyət göstərən klubun missiyası insanların asudə vaxtını faydalı təşkil edib, onlara təbiət ilə sağlam təmasda olmağı və ətraf mühiti məişət tullantıları ilə çirklənmədən qorumağı təbliğ etməkdir. Klubun təklif etdiyi kempinq turlarının qiymətlərinə gəlincə, müştərilərə onların istəyindən asılı olaraq, istənilən məkana sərfəli paketlər təqdim edilir. Belə ki, zövqünüzə, arzunuza uyğun olaraq, düşərgədə qalmaq və ya avadanlıq kirayələmək də mümkündür. Dincəlmək arzsusunda olanlar klassik, silver, gold paketlərindən birini seçə bilər. Hər bir paketdə müxtəlif xidmətlər yer alıb. Çadır düşərgəsində istirahəti seçənlər yuxu torbası, döşək, yastıq, stul və digər lazımi avadanlıqlarla təchiz olunurlar. Turlar qrup şəklində təşkil edilir. 
Bəs istirahət üçün hara və necə müraciət etməli? Bunun üçün klubun rəsmi saytı (http://campact.az/)ilə yanaşı, sosial şəbəkədəki rəsmi səhifəsindən (https://www.facebook.com/pg/campAzerbaijan/about/?ref=page_internal) qeydiyyata düşmək,info@campact.az ünvanına yazmaq, eyni zamanda təqdim olunan əlaqə nömrələri ( +99455 504 9020, +99450 505 9020) ilə əlaqə saxlayaraq, istəyinizi bildirmək yetər. 
Qeyd edək ki, mövsümi xarakter daşıyan çadır istirahəti üçün artıq mövsüm dövrü başlayıb. Hazırda çadırlar Qubanınəsrarəngiz təbiətində - Qəçrəş kəndində (“My family” istirahət mərkəzinin ərazisində) quraşdırılıb və çay kənarında möhtəşəm mənzərədə yer alan düşərgənin fəaliyyəti may ayı boyunca bu ərazidə davam edəcək. Növbəti aylarda düşərgə fəaliyyətini Azərbaycanın Qusar, Nabran, Qəbələ, Şəki, Oğuz, Göygöl kimi digər dilbər güşələrində davam etdirəcək. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs