Əlaqə Arxiv
news Image
2017.05.01
16:36
| A A A
Aqrar universitetin əməkdaşi qazaxistanda simpoziumda iştirak edib

Qazaxıstan RespublikasınınTürküstan şəhəri TÜRKSOY tərəfindən 2017-ci il  “Türk Dünyası mədəniyyət paytaxtı” seçilməsi və UNESKO tərəfindən 2016-cı ilin “Xoca Əhməd Yəsəvi” ili elan edilməsi ilə əlaqədar Beynəlxalq İctimai Elmlər Simpoziumu III Türküstan forumu təşkil edilib.

ADAU-nun mətbuat xidmətindən Movqe.az-a bildirilib ki, 26-28 aprel 2017-ci il tarixlərində baş tutan simpoziumda iştirak etmək üçün təhsil müəssisəsinin assistenti Fərrux Rəhimov Əhməd Yəsəvi universitetinə  ezam edilib. Məruzəsinin mövzusu isə “İqtisadi inkişaf vasitəsi olaraq universitet-sənaye əməkdaşlığı və Azərbaycanda mövcud vəziyyət” olub. Məruzəçi “Aqrar sahənin inkişafında texnoparklardan istifadənin səmərəliliyinin qiymətləndirilməsi” mövzusunda yerinə yetirdiyi dissertasiya işinin bir hissəsi olaraq ali təhsil müəssisələri ilə sənaye və müəssisələrinin əməkdaşlığının önəmini vurğulayıb, bu barədə mövcud nəzəriyyələri və müxtəlif ölkələrin, o cümlədən, Azərbaycanın təcrübələrini dinləyicilərin diqqətinə çatdırıb. Azərbaycanda adı çəkilən istiqamətdə müxtəlif universitetlərdə görülən işləri sadalayan müəllif Azərbaycan Dövlət Aqrar Universitetində də “Aqrobiznes inkubatoru”nun qurulması istiqamətində həyata keçirilən işlər barəsində məlumat verib. Maraqlı müzakirə və sual-cavab şəklində keçən iki günlük simpoziumdan sonra Türküstan şəhərinin mühüm tarixi-mədəni yerlərinə gəzinti turu və musiqili-əyləncəli qapanış mərasimi olub.

ƏLİHÜSEYN ŞÜKÜROV

 

 Quraşdırılmış təsvir 3Quraşdırılmış təsvir 2Quraşdırılmış təsvir 1

Sizin Reklam Yeriniz