news Image
2017.05.02
09:10
| A A A
Bakıda "Gender problemləri və Media” mövzusunda iki günlük seminar işə başlayıb

Bu gün “Excelsior Hotel Baku” mehmanxanasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının (Aİ) TAİEX proqramının birgə əməkdaşlığı çərçivəsində "Gender problemləri və Media” mövzusunda 2 günlük seminar işə başlayıb. Movqe.az-ın məlumatına görə, bu gün və sabah keçiriləcək 2 günlük seminarda beynəlxalq ekspertlər, dövlət və qeyri-hökumət təşkilatı nümayəndələri, jurnalistlər iştirak iştirak edir. Seminarın keçirilməsinin əsas məqsədi media tərəfindən gender problemlərinin, məişət zorakılığı məsələlərinin işıqlandırılması və Avropa İttifaqının təcrübəsinin öyrənilməsi istiqamətində təcrübə mübadiləsinin aparılmasından ibarətdir. Seminarda media sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlər -  İsveçdən olan ekspert xanım Karin Milles, xanım Charlotte Niklasson, Polşadan olan ekspert xanım Marzena Kordaczuk-Was, Xorvatiyadan olan ekspert xanım Elizabeta Gojan, Litvadan olan ekspert Vanda Jurseniene, eləcə də media sahəsi üzrə ixtisaslaşmış yerli mütəxəssislər çıxış edəcəkdir. Seminar çərçivəsində “Avropa Birliyində gender bərabərliyinin media vasitəsilə təbliği”, “Azərbaycan və Avropa Birliyi ölkələri mediasında qadınların balanslı və stereotiplərdən uzaq təsvirinin ən uğurlu nümunələri”, “Məişət və gender əsaslı zorakılıqlar zamanı qadınların kütləvi mətbuatda balanslı və stereotiplərdən uzaq təsvirinin yaradılmasının təbliği”, “Azərbaycanda kütləvi mətbuatda və kütləvi mətbuat vasitəsilə gender bərabərliyinin təbliği sahəsində atıla biləcək növbəti addımlar” adlı 4 sessiya keçiriləcək. 

Zülfiyyə QULUYEVA 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs