Əlaqə Arxiv
news Image
2017.05.02
12:10
| A A A
Qadınların bələdiyyə sahəsində təmsilçiliyi 40 faizə yaxınlaşır-Azərbaycanda


“Azərbaycanda qadına inam hər zaman olub”. Movqe.az-ın məlumatına görə, bu sözləri bu gün Bakıda "Gender problemləri və Media” mövzusunda keçirilən seminarda  jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva söyləyib.
O bildirib ki, bu gün istər Milli Məclisdə, istər bələdiyyə sahəsidə, sahibkarlıq və digər sahələrdə qadın təmslçilərinin sayı günbə-gün artır: “Sayın artması inkişafın göstəricisidr. Amma  bu rəqəmlər bizi qane etmir. Azərbaycan qadının potensialı imkan verir ki, cəmiyyətdə iştirakçılığı daha da çox olsun”. 

A. Sofiyeva deyib ki,ölkədə qəbul edilən hər bir dövlət proqramında gender komponenti var: "Bütün bunlar ona görə həyata keçirilir ki, gender bərabərliyi təmin olunmadan cəmiyyəti inkişaf etdirmək mümkün deyil. Bu istiqamətdə maarifləndirmə işlərinin aparılması çox əhəmiyyətlidir".

A.Sofiya bildirib ki, bu gün  bələdiyyə sahəsində qadınların təmsilçiliyi 40 faizə yaxınlaşır.  Onun sözlərinə görə, sahibkarlıqda qadınların təmsilçiliyi  bir neçə il əvvəl 15 faiz idisə, bu gün 20 faizi ötür: "Hər bir sahədə qadınların sayının artdığını görürük".

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz