news Image
2017.05.02
15:36
| A A A
GDU-da buraxılış kurslarında yaz imtahan sessiyası başladı

Gəncə Dövlət Universitetində 27 aprel 2017-ci il tarixdən buraxılış kurslarında yaz imtahan sessiyası başlamışdır. Buraxılış kurslarında imtahanlar test üsulu ilə elektron formada (kompüterlər vasitəsi ilə) aparılır.
  Rektorluğun müvafiq əmrinə əsasən imtahan sessiyasına qədər  təlimata uyğun hazırlıq işləri yerinə yetirilmiş, otaqlar komputerlə təchiz edilmişdir .Tələbələrin semestr ərzində topladıqları ballar (kollokviumlar,frontal sorğular,praktik məşğələlərin həlli və s.) universitetin serverində elektron formada yerləşdirilmişdir.Test suallarının hazırlanması və imtahan bazasına yüklənməsi məqsədilə “Bunker” yaradılmış, lazımi işçi qrupu, avadanlıq və vasitələrlə təmin edilmişdir. Test və qabiliyyət imtahanlarına nəzarət etmək, test imtahanları verəcək tələbələrə istifadəçi adı və şifrəsi paylamaq məqsədilə fənn üzrə mütəxəssis olmayan nəzarətçilər qrupu yaradılmışdır. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə ”İmtahan gərargahı” yaradılmışdır.
  Görülən işlərin nəticəsidir ki, ilk gündən imtahanlarda sevindirici nəticələr qeydə alınmış, tələbələr onlar üçün yaradılan şəraitdən, biliklərinin obyektiv qiymətləndirilməsindən  razı qaldıqlarını bildirmişlər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs