news Image
2017.05.02
17:12
| A A A
MTRŞ-dan Zaurun və Elgizin verilişinə irad: "Şou yaradırlar"

Milli Televiziya və Radio Şurası (MTRŞ) telekanallara mütamadi olaraq gender bərabərliyi haqqında verilişlərin hazırlanması barədə tövsiyələr verir”.

Movqe.az report-a istinadən  xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq şöbəsinin müdiri Nemət Cavadov Bakıda “Gender problemləri və media” mövzusunda keçirilən seminarda deyib.

Onun sözlərinə görə, hazırda efirdə olan verilişlərin əksəriyyətində qadınların güclü yox, onların cəmiyyətdə əzilməsini nümayiş etdirən proqramlar yayımlanır:
 
“Həmin verilişlərdə qadınların problemlərinin həll olunması yolları da göstərilir. Sosial problemlərin həllinə yönəlmiş “Elin gözü” (ARB, aparıcısı Elgiz Əkbər), “Çıxış yolu” (Lider TV, aparıcısı Nuranə Gülər), “Bizimləsən” (ATV, aparıcısı Zaur Baxşəliyev) və s. verilişləri göstərmək olar. Həftə ərzində ümumilikdə efirdə sosial problemlərin həllinə yönəlmiş 38 saatlıq veriliş yayımlanır. Təəssüf ki, bəzən bu verilişlərdə qadınların problemləri üzərində şou yaradılması cəhdləri də müşahidə olunur”.

MTRŞ rəsmisi bildirib ki, Azərbaycanda media sahəsində fəaliyyət göstərənlərin 60-70 faizi qadın jurnailstdir:
 
"Ancaq onların təmsil olunduqları mətbu orqanların başında duranların 80 faizi kişilərdir. Bu da təəssüf doğurur. Bu göstərici ilə gender bərabərliyi yaratmaq, balansı qorumaq mümkün deyil".

N.Cavadov vurğulayıb ki, zorakılıq, intihar və s. hallarla bağlı televiziyada yayımlanan məlumatların qaynağı hüquq-mühafizə orqanlarıdır:
 
"MTRŞ burada ancaq müəyyən tövsiyəçi kimi çıxış edə bilər. Zorakılıq və s. halları nümayiş etdirən xəbərlərin verilməsi ilə bağlı qaydalara əsasən bu kimi xəbərlər saat 23:00-dan sonra verilə bilər. MTRŞ bu cür xəbərlərin gecə saatlarında yayımlanmasına nəzarət edir”.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs