news Image
2017.05.02
17:23
| A A A
“Yol hərəkəti haqqında” qanuna dəyişikliklər qüvvəyə minib

Azərbaycan prezidenti İlham Əliyev “Yol hərəkəti haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
 
Movqe.az-ın məlumatına görə, qanun 23-cü maddəsinin II hissə aşağıdakı redaksiyada verilib:
 
“II. Yol hərəkəti təhlükəsizliyini təmin etmək və müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən daxil olan vəsaitlər müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.
 
III hissədən “Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və” sözləri çıxarılıb.
 
Qanun 2017-ci il mayın 1-dən qüvvəyə minib.