news Image
2017.05.03
12:31
| A A A
Nazirdən irad: Məktəblərdə xarici dillərin tədrisinə ayrılan saatlar artırılmaldır

İbtidai təhsildə məntiqli düşüncə, ümumi savad və həyatı vərdişlərin öyrədilməsi əsas məsələ olmalı, ana dili və riyasziyyatın tədrisinə önəm verilməldiir.

Movqe.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.

Nazir bildirib ki, fənn kurrikulumlarının validyenlər tərəfindən mənimsənilməsi üçün maarifləndirmə işi də güclənditilməlidir:

"Bu gün bizi düşündürməli olan əsas məsələ müasir kompitensiyalar, bilik və səriştələr ümumi əsasalara qurulmalıdır ki, müəllimlər və tələbələr növbəti on illiklərdə onlardan uğurla faydalana bilsinlər. Məktəb proqramları vaxtaşırı yenilənməli, şagirdlərə elmlərin əsasları dərindən öyrəndilməli, məktəblərdə alınan biliklər həyatda tətbiq edilməlidir".

M.Cabbarov qeyd edib ki, xüsusi diqqət xarici dillərin tədrisinə də yönəlməli, onlara ayrılan saatlar artırılmaldır.

Onun sözlərinə görə, qloballaşma şəraitində gənclərin bir neçə dili bilməsi əhəmiyyətlidir:

"Bu gün iş yerlərini İKT olmadan təsəvvür etmək mümkün deyil. İKt texnologiyaları ayrı ixtisas deyil, hər bir peşənin və ixtisasın zəruri kompitensiyasıdır. Beynəlxalq araşdırmalarla müəyyən edilib ki, kütləvi İKT savadlılığının ölkəyə verdiyi xeyir sənaye sahəsinin verdiyi xeyirdən bir neçə dəfə çoxdur. Buna görə iKT bacarıqları insan inkişafı üçün aparıcı amillərdən hesab edilir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs