news Image
2017.05.03
13:04
| A A A
Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bu gün “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Movqe.az-ın məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən təqdimat müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.

Nazir ümumi təhsil məktəblərinin şagirdləri arasında keçirilən bu müsabiqənin müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin zəngin siyasi irsinin gənc nəsil tərəfindən öyrənilməsində mühüm rolunun olduğunu söyləyib.

M.Cabbarov Heydər Əliyevin təhsil fəlsəfəsinin bu gün də öz bəhrəsini verdiyini və təhsilin bütün səviyyələrində uğurların əsasını təşkil etdiyini vurğulayıb. Nazir bildirib ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bütün sahələrdə, o cümlədən təhsildə inkişaf və müasirləşmə proseslərini uğurla həyata keçirir.

Son illərdə təhsil islahatlarının məzmunca daha praktik və səmərəli xarakter aldığını qeyd edən M.Cabbarov təhsilin keyfiyyətinin artırılmasının başlıca hədəf olduğunu deyib. Nazir 5 yaşlı uşaqların məktəbəhazırlığının ölkə üzrə 55 faiz təşkil etməsini, təhsilalanların qiymətləndirilməsinin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını, müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılmasını, vətəndaş məmnuniyyətinin təmin edilməsini və ali təhsil müəssisələrinin yeni çağırışlara cavab verməsi yönündə görülən işləri təhsildə aparılan dəyişikliklər kimi diqqətə çatdırıb.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov “Ən yaxşı təqdimat” müsabiqəsinin gənc nəslin ümummilli lider Heydər Əliyevin zəngin irsini daha dərindən öyrənməsinə, şagirdlərdə azərbaycançılıq məfkurəsinin formalaşmasına və onların əsl vətəndaş kimi yetişməsinə müsbət təsir etdiyini bildirib.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev bildirib ki, dövlət istedadlı uşaqlara hər bir zaman qayğı göstərir: "İstedadlı uşaqların aşkarlanması üçün təhsil ictimaiyyətinin üzərinə böyük işlər düşür. Belə müsabiqənin keçirilməsi Heydər Əliyev irsinin şagirdlər arasında təbliği baxımından da əhəmiyyətlidir.

Heydər Əliyev Fondunun Departament rəhbəri Soltan Məmmədov bildirib ki, Heydər Əliyev Fondu bu müsabiqənin gələcəkdə də davamlı şəkildə keçirilməsinə dəstək verəcək. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev irsinin gənc nəsil tərəfindən öyrənilməsi, mili dövlətçilik ideyalarının gənc nəslə aşılanması, ölkəmizdə uğurla həyata keçirilən təhsil siyasətinin inkişafına daim dəstək göstərir. Fond təhsilin inkişafına xidmət edən çoxlu sayda layihələr həyata keçirir.

S.Məmmədov deyib ki, Heydər Əliyev Fondu ulu öndər Heydər Əliyevin qoyduğu təhsil siyasətini əsas tutaraq ölkədə təhsilin inkişafına daim dəstək göstərir, öz fəaliyyətini ölkədə uğurla həyata keçirilən tədris strategiyası ilə uyğunlaşdırır.

Fond "Təhsilə dəstək" layihəsi çərçivəsində məktəblərin təmiri, inşası, ehtiyacı olan ailələrin məktəb ləvazimatları ilə təmini və s. işlər həyata keçirir.

S.Məmmədovu layihədə işturak edən hər bir məktəbli özünü qalib hesab etməlidir.

Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbi şagirdlərinin ifasında əsərlər səsləndirilib.

“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 6 nəfər I, 9 nəfər II, 15 nəfər III dərəcəli diplomla, 23 nəfər isə tərifnamə ilə təltif olunub.

Müsabiqə qaliblərinə mükafat və müxtəlif qiymətli hədiyyələr təqdim edilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs