news Image
2017.05.03
18:14
| A A A
İslam Həmrəyliyi Oyunları zamanı polis gücləndirilmiş iş rejimində çalışacaq

Respublikanın daxili işlər orqanlarının əməkdaşları may ayının 5-dən 25-dək gücləndirilmiş iş rejimində çalışacaq.

Daxili İşlər Nazirliyindən Movqe.az-a  verilən məlumata görə, nazir Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, respublikamızda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ərəfəsində və dövründə yerli və əcnəbi qonaqların təhlükəsizliyinin təmini, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və daha mütəşəkkil icrası məqsədilə həmin müddətdə DİN-in bilavasitə tabe qurumlarının, ərazi polis orqanlarının və nizami polis hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışacaq.

Əmrdə, həmçinin bildirilir ki, İslamiada ərəfəsində və keçirildiyi müddətdə ictimai yerlərdə və küçələrdə post-patrul xidməti naryadlarının sayı artırılacaq, avtomobil yollarında hərəkətin təhlükəsizliyi üçün bütün qüvvə və imkanlar səfərbər ediləcək, mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi ciddi nəzarətdə saxlanılacaq, həmçinin bütün strateji əhəmiyyətli obyektlərin, o cümlədən su, hava, dəmiryolu nəqliyyatının, avtovağzalların, limanların, metropolitenin, xarici ölkələrin diplomatik nümayəndəliklərinin, qonaqların və idmançıların yaşayacaqları mehmanxanaların mühafizəsi daha da gücləndiriləcək.

trend

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs