Əlaqə Arxiv
news Image
2017.05.04
10:46
| A A A
200-dən çox ailə Cocuq Mərcanlıya qayıtmaq üçün müraciət edib

"Aprel döyüşləri Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsi, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yaratdı. Azərbaycanın bu qələbəsi çoxdan gözlənilən böyük qayıdışın başlanğıcıdır".
 
Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, YAP sədrinin müavini Əli Həsənov "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində yazıb.
 
Ə. Həsənov qeyd edib ki, prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tarixi sərəncam imzalayıb: "Həmin sərəncama əsasən, birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 4 milyon manat vəsait ayrılıb. Həmin kənddə minalardan, partlamamış döyüş sursatlarından təmizləmə, həmçinin kəndin bərpası ilə bağlı layihələndirmə işləri başa çatıb. Paralel olaraq kəndə yollar çəkilib. Yaşayış evlərinin, orta məktəb binasının tikintisi davam edir.
 
Cocuq Mərcanlı kəndində hazırda 400 ev təsərrüfatı, 1428 sakin qeydiyyatdadır. Respublikanın 17 şəhər və rayonunda müvəqqəti məskunlaşmış həmin ailələrdən 200-dən çoxu müraciət edərək geriyə - öz evlərinə qayıtmaq arzusunda olduğunu bildirib.
 
Tam əminliklə demək olar ki, prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyulacağı, məcburi köçkünlərin doğma torpaqlarına qayıdacağı gün çox da uzaqda deyil".

Sizin Reklam Yeriniz