Əlaqə Arxiv
news Image
2017.05.04
11:10
| A A A
"IX sinif məzunlarının imtahan nəticələri 17 faiz yüksəlib" - NAZİR

"Həyata keçirilən tədbirlər nəticəsində son illərdə ümumi təhsilin keyfiyyət göstəriciləri dinamik şəkildə artmaqdadır". Movqe.az-ın  məlumatına görə, bu barədə təhsil naziri Mikayıl Cabbarovun "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.
 
Nazirin sözlərinə görə, 2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50,2 faizdən 2016-cı ildə 67,2 faizədək artıb, son 4 ildə imtahan nəticələri 17 faiz yüksəlib: "Belə ki, "əla" qiymət alanların sayı 2015-ci ildəki 7 faizdən 2016-cı ildə 9,2 faizə yüksəlib. XI sinif məzunlarının buraxılış imtahanlarında hər üç fəndən müvafiq qiymət alanların çəkisi 2016-cı ildə 2015-ci ilə nisbətən 2 faiz artaraq 65 faiz olub. Bu siniflərdə hər üç fəndən "əla" qiymət alan şagirdlərin sayı 6,8 faizdən 8,8 faizə yüksəlib".
 
M.Cabbarov qeyd edib ki, ölkə başçısının sərəncamına əsasən son 2 ildə diaqnostik qiymətləndirmədən keçən 100 min müəllimin (bütün müəllimlərin 70 faizi) əməkhaqqında əhəmiyyətli artım təmin edilib. "Təkcə 2016-cı ildə prezidentin sərəncamlarına əsasən təhsilin inkişafında xüsusi xidmətlərinə görə 175 nəfər müəllim yüksək dövlət təltiflərinə layiq görülmüş, o cümlədən 1 nəfərə “Şərəf” ordeni, 2 nəfərə “Şöhrət” ordeni, 1 nəfərə “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni, 1 nəfərə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”, 76 nəfərə “Tərəqqi” medalı verilmiş, 3 nəfər “Əməkdar elm xadimi”, 93 nəfər “Əməkdar müəllim”, 2 nəfər “Əməkdar jurnalist”, 1 nəfər “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adları alıb", - deyə nazir qeyd edib.

Sizin Reklam Yeriniz