Əlaqə Arxiv
news Image
2017.05.04
11:45
| A A A
Anar Kərimov: Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verir

4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi ilə Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verir. Movqe.az-ın məlumatına görə, bunu Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov forum çərçivəsində YUNESKO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin 3-cü toplantısında deyib.

O qeyd edib ki, Bakı prosesi dünyanı narahat edən məsələlərin müzakirə olunduğu bir platformaya çevrilib: “Burada bir çox ölkələrinin siyasətçiləri, beynəlxalq təşkilatların nümayəndələri, nüfuzlu ictimai-siyasi xadimlər bir araya gəlir və həyatımıza təsir edən məsələlər ətrafında fikir mübadiləsi aparır, problemlərin həlli yollarını axtarırlar”.

A.Kərimov bildirib ki, Azərbaycan həmişə dünyada mədəniyyətərarası dialoqun inkişafına böyük töhfə verir və növbəti forumun keçirilməsi Azərbaycanın bu prosesə sadiqliyini aydın şəkildə nümayiş etdirir.

Sizin Reklam Yeriniz