news Image
2017.05.04
16:30
| A A A
"Azərenerji": Elektrik enerjisi tariflərində artım gözlənilmir

"Azərenerji" ASC-nin məcmu öhdəliklərinin 70%-i xarici valyutada ifadə olunub, bu səbəbdən dövlət şirkətinin məzənnə dəyişkənliyinə həssaslığı qalmaqdadır. Movqe.az xəbər verir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.

 
Bildirilir ki, ASC-nin xarici öhdəliklərinin mütləq əksəriyyəti avro, ABŞ dolları və Yaponiya yenində ifadə olunub. "Şirkətin daxilolmalarının milli valyutada olması məzənnə dəyişkənliyini daha da həssaslaşdırır", - deyə məlumatda vurğulanıb.

"Fitch" açıqladığı rəqəmlərə əsasən, manat devalvasiyaya uğradıqdan sonra "Azərenerji"nin borcu 1,5 mlrd. manatdan 2,4 mlrd. manata çatıb. "Devalvasiyadan sonra hökumət "Azərenerji"nin kapitalına yatırım edib ki, bu vəsait dövlət şirkətinin öhdəliklərini qismən örtüb".
 
Bildirilir ki, "Azərenerji"nin maliyyə göstəriciləri və likvidliyi zəifləyib. Bunun da əsas səbəb kimi manatın devalvasiyaya uğraması göstərilir. "Devalvasiya xarici borcun artmasına və tariflərin təyin olunmasında balanslaşdırılmamış mexanizmin yaranmasına səbəb olub. Ötən ilin noyabr ayının 16-da təbii qaz tarifləri təxminən 50% artıb. Halbuki elektrik enerjisinin tarifləri ötən ilin iyun ayında 5%, noyabrın sonunda isə əlavə olaraq 33% artıb. "Azərenerji"dən verilən məlumata görə, elektrik enerjisi tariflərində artım gözlənilmir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs