Əlaqə Arxiv
news Image
2017.05.04
20:00
| A A A
Bank sədri marixuananı leqallaşdırmağa çağırır

Qırğızıstan Milli Bankı-nın sədri Tolkunbek Abdıqulov ölkəyə turist cəlb eləmək üçün marixuananı (çətənə) leqallaşdırmağa çağırıb. AzadlıqRadiosu Türkmənistan xidmətinin məlumatına görə, o bunu, milli inkişaf strategiyası ilə bağlı iclasda edib. Abdıqulov rəqiblərinə deyib ki, ölkə sakinləri hazırda milli İssık-Kul gölündəki kurorta yox, daha çox Türkiyəyəyə gedirlər. “İstanbul və geriyə bilet 300 dollardır. 6-7 gün istirahət, üstəlik yemək. Siz orda kiminlə rəqabət aparmaq istəyirsiniz ?”, deyə o bildirib. Abdıqulov hesab edir ki, bunun ən yaxşı yolu marixuananı leqallaşdırmaqdır, onda ölkəyə turist axını olacaq, bütün MDB ölkələri burda olacaq, mehmanxanalarda yer olmayacaq. “AKİpress”-in məlumatına görə, Qırğızıstanın bir sıra bölgələrində yabanı şəildə çətənə bitir və hökumət hər il bu zəmiləri məhv etməyə çalışır.

Sizin Reklam Yeriniz