Əlaqə Arxiv
news Image
2017.05.05
17:53
| A A A
KİVDF-də Şimali Kiprin Beynəlxalq Final Universitetinin rəhbəri ilə görüş keçirildi

Bu gün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) Şimali Kiprin Beynəlxalq Final Universitetinin  rektoru Abdullah Öztoprak ilə görüş keçirilib. Movqe.az-ın məlumatına görə, görüşdə Şimali Kipr Türk Respublikasının Azərbaycandakı sabiq nümayəndəsi Zeki Qazioğlu, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, ölkənin aparıcı KİV-nin rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında təhsil sahəsində sıx əlaqələr var: "Şimali Kipr Türk Respublikasında xeyli sayda azərbaycanlı tələbə təhsil alır. Abdulla Öztoprak hazırda yeni fəaliyyətə başlayan Beynəlxalq Final Universitetinin rektorudur. Abdulla bəy bundan əvvəl Doğu Akdeniz Universitetinin vəzifəsində çalışarkən də bir neçə dəfə Azərbaycanda olub və media orqanlarının rəhbərləri ilə görüşüb. Bu səfər isə Abdulla Öztoprakın Beynəlxalq Final Universitetinin rektoru kimi ölkəmizə ilk səfəridir. Mən əminəm ki, yeni fəaliyyətə başlayan Beynəlxalq Final Universitetində də qısa zamanda Abdulla Öztoprakın təcrübəli fəaliyyəti sayəsində Azərbaycandan olan tələbələr təhsil alacaq".

Daha sonra çıxış edən Abdulla Öztoprak yeni fəaliyyətə başlayan Beynəlxaq Final Universiteti ilə bağlı məlumat verdi:" Mən Doğu Akdeniz Universiteti yeni fəaliyyətə başlayanda Azərbaycandan orada 37  tələbə təhsil alırdı. Qısa zamanda bu rəqəm 450-ə çatdı. Mən inanıram ki, bizim yeni fəaliyyətə başlayan Beynəlxalq Final Universitetində də təhsilin keyfiyyətinə Azərbaycan vətəndaşlarında inam yaranacaq. Çünki, bizim universitetdə priotet məsələ təhsilin keyfiyyətidir. Universitetdə ixtisaslar da əmək bazarında tələbat olan peşələrdir".

Bununla yanaşı o, universitetin müəllim heyyətinin sıralarına müxtəlif ölkələrdən olan kadrların da daxil edilməsinin də diqqət mərkəzində olduğunu vurğuladı və Azərbaycandan olan müəllimlərin də ali təhsil müəssisəsində çalışa biləcəyini qeyd etdi. Görüşdə media təmsilçilərini maraqlandıran suallara da Abdulla Öztoprak ətraflı cavab verdi. Görüş qarşılıqlı diskusiya şəklində davam etdi və yekunda KİV rəhbərləri A. Öztorpağa fəaliyyətlində uğurlar arzuladılar.  

Tədbirə yekun vuran V.Səfərli qarşılıqlı əlaqələrin bundan sonra daha da inkişaf etdəcəyinə əminliyini bildirdi. 

Zülfiyyə QULUYEVA

Sizin Reklam Yeriniz