Əlaqə Arxiv
news Image
2017.05.08
11:30
| A A A
Azərbaycan Ağsaqqallar Şurası Heydər Əliyevin məzarını ziyarət edib-FOTOLAR
Fəttah Heydərov: "Ulu tanrı 94 il öncə millətimizin taleyinə müstəqilliyimizi bərpa edəcək, onun əbədiyyata qədər yaşamasını təmin edəcək işıqlı bir şəxsiyyət bəxş etdi"

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov və Şura üzvləri Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət ediblər. Movqe.az-ın məlumatına görə, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov öncə Ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub. Daha sonra F. Heydərov və Şura üzvləri oftalmoloq, akademik Zərifə Əliyevanın məzarlarına gül dəstələri düzüblər. Fəttah Heydərovun Şura üzvləri ilə birgə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə Əliyevanın da məzarını ziyarət ediblər.   
F. Heydərov jurnalistlərə müsahibəsində Heydər Əliyevin doğum gününün müqəddəs bir gün olduğunu söyləyib: “Ulu tanrı  94 il öncə millətimizin taleyinə müstəqilliyimizi bərpa edəcək, onun əbədiyyata qədər yaşamasını təmin edəcək işıqlı bir şəxsiyyət bəxş etdi. Ulu öndər hələ Sovet İttifaqı dövründə Azərbaycanı şöhrətini-şanını dünyaya tanıtdı. Heydər Əliyev Azərbaycan insanının hər birinin yaxşı, firavan yaşaması üçün əlindən gələni etdi. Ulu öndər elə bir ömür yaşadı ki, Azərbaycan xalqı, onu tanıdı. Bu gün Ulu öndər yaşasaydı  94 yaşı olacaqdı. O,  bu gün bizim aramızda cismən olmasa da , hər zaman bizim yanımızda, öz xalqının yanındadı”.
İlham Əliyevin rəhbərliyi altında ölkəmizin adının daha da ucalara qalxdığını söyləyən Fəttah Heydərov insanların yaxşı, təhlükəsiz yaşamasını Azərbaycanın timsalında görməyin mümkün olduğunu dilə gətirib: “Bu gün Azərbaycan beynəlxalq tədbirlərin beşiyinə çevrilib. Kim xalqına, ölkəsinə xeyir vermək istəyirsə, bizim təcrübəmizi öyrənir”.
Fəttah Heydərov Ulu öndərin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını, xalqın Heydər Əliyevi hər zaman yüksək hörmət və ehtiramla anacağını bildirdi: “Ulu öndər Allahın yaratdığı, ən işıqlı insanlardan biridir. Allah ona rəhmət eləsin!” 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz