Əlaqə Arxiv
news Image
2017.05.08
14:23
| A A A
Bakıda İslamiada ilə əlaqədar daha bir qadağa-Özəl

Bakıda bu mövsüm səyyar ticarətə icazə verilməyəcək. Bu sözləri Movqe.az-a eksklüziv açıqlamasında Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat katibi Əliabbas Bağırov söyləyib. Ə. Bağırov deyib ki, Bakıda keçiriləcək  IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar bu mövsüm küçə ticarəti yasaqlanıb: "Paytaxt Bakı bildiyiniz kimi İslamiada kimi möhtəşəm oyuna ev sahibliyi edəcək. Bakıda İslamida və Formula-1 yarışlarının keçirilməsi səbəbindən bu yay səyyar ticarətə icazə verilməyəcək. Oyunlar sona çatdıqdan sonra bəzi yerlərdə səyyar ticarətə icazələr verilməsinə baxıla bilər". 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz