news Image
2017.05.08
17:14
| A A A
Paris Azərbaycan Evi bəyanat yaydı

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan mədəniyyətinin tarixi beşiyi olan  Şuşa şəhərinin işğalindan 25 il ötür.
Tarixi abidələrlə zəngin Şuşa Azərbaycanın mədəni irsinin dünyada tanıtdıran bir çox şəxsiyyətlərin: yazıçılar, şairlər, müstəsna səslərib ilə tanınan müğənniləri yetişdirib. 
Şuşanın müdafiəsi üçün mübarizə zamanı  195 azərbaycanlı qətlə yetirilib, 165 nəfər yaralanıb və 68 əsir və girov düşüb.
 Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti beynəlxalq hüququn norma və insan hüquqları prinsiplərinin kobud şəkildə pozulması ilə nəticələnmişdir.
Lakin bu təcavüzün faciəvi nəticələri təkcə Azərbaycan ərazilərinin zəbt edilməsi ilə məhdudlaşmır. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı, Qarabağ dövlət tarix, xalq tətbiqi sənət və diyarşünaslıq muzeyləri, həmçinin Xan qızı, tanınmış sairə Xurşidbanu Natəvanın sarayı, Ağabəyim Ağanın qəsri, Şuşa qalası, Qarabağ xanlığı kompleksi, İbrahim Xəlil xanın mədrəsəsi, Cümə məscidi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, 2 digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının ekspozisiyaları dağıdılmış, talan olunmuş, kitabxanalar yandırılmışdır. 
Lakin Ermənistan öz işğalçı siyasəti ilə  Azərbaycanın mədəni irsini dağıtmağa davam etdirir. 
Biz Fransada yaşayan azərbaycanlılar,
edalətin tezliklə bərqərar olması, zəbt olunmuş torpaqların, o cümlədən Şuşanın qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün, bir milyon qaçqın və məcburi köçkün soydaşımızın kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa edilməsi, əsir və girovların azad olunması, cinayətkarların cəzasız qalmaması naminə beynəlxalq təşkilatları haqlı mövqeyimizi dəstəkləməyə çağırırıq. 
Ümid edirik ki, qədim mədəniyyət ocağı və tolerantlıq məkanı olan Azərbaycan torpaqlarında sülhün bərqərar edilməsində bütün nüfuzlu beynəlxalq qurumlar, sülhməramlı insanlar imkanlarını səfərbər etməklə səylər göstərəcək, uzun illərdir Azərbaycana qarşı davam edən təcavüz siyasətinə son qoyulacaq, hər hansı bir zəmində ayrı-seçkiliyə yol verilmədən hər bir kəsin ümumbəşər miqyasda tanınmış fundamental insan hüquq və azadlıqlarının, o cümlədən mədəni hüquqlarının təmin olunması üçün real imkanlar yaranacaq, ölkəmizdə və bütövlükdə regionda sülh, davamlı inkişaf və işgüzar əməkdaşlıq naminə zəruri şəraitə nail olunacaqdır. 

Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva