news Image
2017.05.08
20:02
| A A A
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi baş vermiş qəzayla bağlı məlumat yaydı-Rəsmi

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi baş vermiş qəzayla bağlı məlumat yayıb. Movqe.az-ın xəbərinə görə, mayın 7-də, saat 21:00 radələrində Naxçıvan-Sədərək magistral avtomobil yolunda - Kəngərli rayonunun Qıvraq qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.  1990-cı il təvəllüdlü Şərur rayonunun Arbatan kənd sakini, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı, polis baş serjantı Ələkbərov Nuran Sadıq oğlunun idarə etdiyi 68-BC-222 dövlət qeydiyyat nişanlı "Mersedes benz E-240" markalı minik avtomobili ilə 1973-cü il təvəllüdlü Naxçıvan şəhər sakini, hərbi qulluqçu Eminov Mirnemət Mirhəsən oğlunun idarə etdiyi  75-BC-080 dövlət qeydiyyat nişanlı "VAZ-21214" markalı minik avtomobili  toqquşubdur. Hadisəyə yağan güclü yağış nəticəsində yaranmış sel və palçıq qatı səbəb olubdur. Qəza nəticəsində ağır bədən xəsarəti alan Ələkbərov Nuran Sadıq oğlu, onun həyat yoldaşı 1991-ci il təvəllüdlü Ələkbərova Şəmsiyyə Elçin qızı, oğlu 2013-cü il təvəllüdlü Ələkbərov Sadıq Nuran oğlu və digər avtomobilin sürücüsü Eminov Mirnemət Mirhəsən oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilmişlər. Göstərilən tibbi yardıma baxmayaraq onlar mayın 8-də vəfat ediblər. Hadisə ilə bağlı Kəngərli Rayon Prokurorluğunda araşdırma aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs