Əlaqə Arxiv
news Image
2017.05.09
17:17
| A A A
"Azərişıq" Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə aksiya keçirir (FOTO)

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü münasibəti ilə “Azərişıq” ASC güləkmə aksiyası keçirir. ASC-in əməkdaşları növbəti kampaniyada iyirmi min ədəd gül əkiblər.

Bu barədə  Movqe.az-a  qurumdan məlumat verilib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı “Azərişıq” ASC tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Tədbirlər silsiləsinin davamı olaraq bu gün Bakının Nərimanov rayonunda yerləşən 110 kV-luq “BMKZ” yarımstansiyasının həyətində “Azərişıq” ASC-nin rəhbər şəxslərinin iştirakı ilə güləkmə aksiyasına start verilib. Qeyd edək ki, güləkmə aksiyası paralel olaraq Səhmdər Cəmiyyətin inzibati binalarının, yarımstansiyalarının, yardımçı texniki binaların və başqa əlaqədar obyektlərinin həyətlərində də davam etdirilir. Artıq “Azərişıq” ASC-nin əməkdaşları inzibati bina, yarımstansiya, yardımçı texniki binalarda yaşıllaşdırma və güləkmə mərasiminə qoşulmaqla xeyli abadlaşdırma işləri görüblər.

Müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirib. “Azərişıq” ASC əməkdaşları da bu xeyirxah və nəcib tədbirdə həmişə yüksək əhval-ruhiyyə ilə iştirak edirlər. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ekoloji siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin “Azərişıq” ASC-də yaranmış ənənəyə uyğun olaraq, keçirilən növbəti gül və ağacəkmə kampaniyası çərçivəsində 20 mindən artıq gül əkilib, onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Əkilən güllərin mühafizəsi və onlara mütəmadi qulluq göstərilməsi məqsədilə bütün zəruru tədbirlər görülüb. Aksiya davam etdirilir.

Sizin Reklam Yeriniz