news Image
2017.05.10
14:36
| A A A
Səhiyyə Nazirliyi iki tibb müəssisəsi ayırıb

Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Səhiyyə Nazirliyinin iki tibb müəssisəsi - Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi ayrılıb.

Movqe.az APA-ya istinadən xəbər verir ki, səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, bu məqsədlə təcili yardım briqadası tam hazır vəziyyətə gətirilib.
 
Onun sözlərinə görə, artıq oyunlar çərçivəsində yarışların bəziləri başlayıb və bu gün 20 briqada həmin ərazilərdə yerləşdirilib: "Ümumilikdə, təcili yardım briqadaları yeni avtomobillərlə təmin edilib, tibb işçiləri xüsusi hazırlıq keçib. Bu yarışlar çərçivəsində əhaliyə lazımi tibbi yardımın göstərilməsi üçün operativ qərargah yaradılıb. Qərargah 24 saat ərzində fəaliyyət göstərəcək".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs