news Image
2017.05.10
15:52
| A A A
Ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar şəhər və rayonlarda Gül bayramı və yaşıllaşdırma aksiyası keçirilib (FOTO)

Hər il 10 may - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü münasibətilə təşkil edilən Gül bayramı geniş ictimaiyyətdə böyük maraq doğurur.  Movqe.az-ın məlumatına görə, dövlət orqanlarına müraciət edən ayrı-ayrı təşkilatların və ictimaiyyət nümayəndələrinin bu prosesdə daha fəal iştirakını təmin etmək məqsədilə 2016-cı ildə Gül bayramının yeni formatda – ölkənin bütün şəhər və rayonlarında yaşıllaşdırma aksiyaları təşkil etməklə keçirilməsi barədə qərar qəbul olunub.

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş Gül bayramı və yaşıllaşdırma aksiyasında iştirak edib və ağac əkiblər.

Builki yaşıllaşdırma aksiyası əsl ümumxalq kampaniyasına çevrilib, tədbirlərdə respublika üzrə 113 min 278 nəfər iştirak edib. Ümumilikdə, ölkənin şəhər və rayonlarında 232 min 448 ədəd ağac əkilib.

Əkilmiş ağacların çeşidi geniş olub; 54 min 107 şam, 23 min 582 çinar, 10 min 77 qovaq, 21 min 742 söyüd, 10 min 422 zeytun, 8782 nar, 8189 akasiya, 16 min 471 ağcaqayın, 9785 göyrüş və s. əkilib. Yaşıllaşdırmada yerli iqlim şəraitinə uyğun ağac növlərinə üstünlük verilib, istifadə olunan bütün tinglər yerli təsərrüfatlarda yetişdirilib.

Bakı şəhərində keçirilmiş aksiyada 4600 nəfər iştirak edib, 90 min kvadratmetr ərazidə yaşıllaşdırma işləri aparılıb, 9 min ağac, habelə 10 min dekorativ ağac və gül kolları əkilib.

Sumqayıtda 26 min 841, Gəncə şəhəri, Abşeron, İsmayıllı, Şəmkir, Neftçala rayonlarında 10 min, Yevlax şəhəri, Kürdəmir və Gədəbəy rayonlarında 7000-dən artıq, həmçinin Sabirabad, İmişli, Biləsuvar, Salyan rayonlarında 5000-dən çox ağac əkilib.

Ümumilikdə, bütün şəhər və rayonları əhatə etməklə respublikanın bölgələrində keçirilmiş kampaniyada 108 min 678 nəfər iştirak edib və 223 min 448 ağac əkilib.

Ümumxalq kampaniyası məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə də coşqu ilə keçib. Biləsuvar rayonu ərazisində cəbrayıllı köçkünlərin məskunlaşdığı və 11 qəsəbəni birləşdirən magistral yolun kənarında, laçınlı köçkünlərin məskunlaşdığı Taxtakörpü qəsəbəsinin ərazisində, zəngilanlı köçkünlərin Masazır qəsəbəsi ərazisindəki yaşayış massivində və köçkünlərin məskunlaşdığı digər qəsəbələrdə yaşıllaşdırma aksiyaları təşkil edilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs