Əlaqə Arxiv
news Image
2017.05.11
11:10
| A A A
"Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir" mövzusunda keçirilən müsabiqənin nəticələri açıqlandı

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəs (SMPDK)i və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  (KİVDF) birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb.  Movqe.az-ın məlumatına görə, "Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir" mövzusunda keçirilən müsabiqə qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbirdəStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov , KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, ölkənin aparıcı media orqanlarının baş redaktorları və qalib jurnalistlər iştirak ediblər. Tədbir iştirakçılarını salamlayan Fondun icraçı direktoru Vüqar Səfərli qaliblərin mükafatlandırılmasının ölkədə əhəmiyyətli tədbirlərin keçirildiyi bir vaxta, əlamətdar günlərə təsadüf etdiyini söyləyib. Daha sonra mediaya dövlət qayğısından söz açan V. Səfərli yerli icra orqanları ilə birgə belə müsabiqələrin təşkil edildiyini diqqətə çatdırıb. Standartlaşma sahəsinin jurnalistlər üçün bir qədər qapalı sahə olduğunu deyən Fond səlahiyyətlisi bu cür müsabiqələrin jurnalistlərin peşəkarlaşmasına xidmət etdiyini söyləyib. V. Səfərli bu ilin yanvar ayının 26-dan etibarən elan edilmiş müsabiqənin aprelin 14-də başa çatdığını söyləyib. V. Səfərli müsabiqənin keçirilməsinin məqsədinin qeyri-neft ixrac potensialının yüksəldilməsində keyfiyyət infrastrukturu sahələrinin (texniki tənzimləmə, standartlaşdırma, metrologiya, akkreditasiya və patent) rolunun ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaqdan ibarət olduğunu söyləyib. O, bildirib ki, müsabiqəyə 31 KİV-dən 48 yazı təqdim olunub: "Müsabiqədə 6 nəfər əsas, 10 nəfər həvəsləndirici mükafata layiq görülüb. I yer  üçün bir nəfər olmaqla 1000, II yer üçün 2 nəfər olmaqla 800,  III yer üçün 3 nəfər olmaqla 600 manat mükafat nəzərdə tutulub. Habelə 10 nəfər jurnalistin hər biri 200 manat məbləğində olamaqla həvəsləndirici mükafatlara layiq görülüblər".  
Daha sonra çıxış edən R. Həsənov Komitənin fəaliyyətindən danışaraq  həyata keçirilən islahatlardan  bəhs edib: "Bizim sahə texniki sahə sayıldığı üçün ictimaiyyətdə belə fikir yaranır ki, bu sahəni bilən jurnalistlərin sayı mediada azdır. Bəzən tədbirlərdə jurnalistlər sualı formaya salıb verə bilmirlər.   Ona görə də, düşünürəm ki, bu sahədən yazan jurnalistlərin daha çox məlumatlanması, peşəkarlığının artırılması üçün bu cür müsabiqələrin təşkili vacibdir. Qeyd edim ki, Komitə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin bazasında 2009-cu ildə yaranıb. Çox vacib bir amildir ki, cənab Prezident bu sahəyə önəm verir. Biz 2006-cı ildən davamlı islahatlar aparmaqdayıq.  Əsas sahədən biri  standartlaşma sahəsidir. Axırıncı islahatlarda, cənab Prezidentin 10 fevral sərəncamı ilə biz bu sahəni daha da inkişaf etdirmək üçün publik hüquqi şəxs yaratdıq. Daha doğrusu cənab Prezident Komitəyə belə bir səlahiyyət verdi . Standartlaşdırma İnstitutu publik hüquqi şəxs və eyni zamanda həmin institut Azərbaycanın standartlaşdırma sahəsində milli orqanı oldu. Əsas vəzifə sertifikat seçimini həyata keçirmək, həm də,  bu standartlaşma prsosesini müəssisələrdə tətbiq etməki idi. Biz  " Texniki tənzimləmə haqqında" qanunu qəbul etmək ərəfəsindəyik. Artıq ekspertlərin rəyi nəzərə alınaraq Milli Məclisə təqdim olunub. Bu qanun qəbul olunandan sonra bizim standartlar könüllü xarakter daşıyacaq. Dövlət  tərəfindən tənzimləyici reqlamentlər olacaq. O reqlamentlərə dövlət nəzarət edəcək. İstehsalla məşğul olan müəssisələr reqlamentlərə riayət etməklə özləri hansı standartı tətbiq edəcəklərini seçməlidirlər. Dövlət o standartları artıq tənzimləməyəcək.  Bu dörd sahə- standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya, bunlar keyfiyyət infrastrukturunun əsas dörd qoludur. Keyfiyyət infrastrukturu bu dörd sahədən ibarətdir. Metrologiya sahəsi vacib sahədir. Bu sahədə Azərbaycan normativ hüququ bazası beynəlxalq normalar və qanunlarla tam uyğunlaşdırııb. Bu sahədə Azərbaycan  bir neçə beynəlxalq təşkilatların üzvüdür. Biz etalonların saxlanılması xidmət sahəsini də verdik həmin instituta". 

Daha sonra tədbir müzakirələrlə davam edib. Sonda qalib jurnalistlərə mükafatlar təqdim edilib. 

Zülfiyyə QULUYEVA

Sizin Reklam Yeriniz