Əlaqə Arxiv
news Image
2017.05.11
14:18
| A A A
Bakıda taksi duracaqları üçün xətlər çəkilir
BNA: Taksidən istifadə edənlərin təhlükəsizliyi üçün duracağın ətrafında dəmir məhəccərlər qoyulub

Bakı Nəqliyyat Agentliyinin (BNA) pasportlaşdırdığı 79 taksi duracaqlarının müəyyən edilmiş standartlara uyğunlaşdırılmasına başlanılıb. 

BNA-dan Movqe.az-a daxil olan mıəlumata görə, hazırda davam etməkdə olan bu proses çərçivəsində artıq paytaxtın müxtəlif küçə və prospektlərində yerləşən 11 taksi duracağında yeni və beynəlxalq standartlara uyğun dizaynda xətlənmə və nişanlanma işləri aparılır. 
"Taksidən istifadə edən sərnişinlərin təhlükəsizliyi məqsədi ilə duracağın ətrafında dəmir məhəccərlər qoyulub. Duracaqdan fiziki imkanları məhdud şəxslərin, eləcə də uşaq arabası ilə olan sərnişinlərin də rahat istifadə edə bilməsi üçün panduslar da quraşdırılıb", - deyə məlumatda qeyd edilib.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz