Əlaqə Arxiv
news Image
2017.05.11
20:30
| A A A
1143 keçmiş məhkuma müavinət ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan 1 143 nəfər şəxsi birdəfəlik müavinətlə təmin edib.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

E.Babayev deyib ki, həmin şəxslərin hər birinə minimum əmək haqqının 4 misli qədər birdəfəlik müavinət ödənilib. Birdəfəlik müavinətin məbləği cari ilin əvvəlindən 10,47 faiz artırılaraq 464 manata çatdırılıb.

“Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyalarına penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər də aiddirlər. Bununla əlaqədar qeyd olunan şəxslərin də müəssisələrdə kvota üzrə ayrılmış iş yerlərində məşğulluğunun təmin olunması üçün məşğulluq orqanları tərəfindən müvafiq işlər görülür”,-E.Babayev əlavə edib.

Sizin Reklam Yeriniz