news Image
2017.05.11
21:00
| A A A
Türkiyənin bələdiyyə teatrı Ermənistana qastrola gedəcək

Türkiyənin Bursa şəhərinin Nilufər rayon bələdiyyə teatrının kollektivi Ermənistana qastrola hazırlaşır.  

APA-nın məlumatına görə, teatr erməni yazar Akop Baronyanın “Şərq dişçisi” adlı əsərini səhnələşdirəcək.
 
Azərbaycanın Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Türkiyənin Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİM-DER) bununla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Nilufər bələdiyyə teatrının Ermənistana turneyə çıxması Türkiyədə və Azərbaycanda hiddət və etirazla qarşılanıb: "Azərbaycan torpağı olan Qarabağın işğalı davam edərkən və bu səbəbdən Türkiyə Ermənistanla sərhədlərini bağlı saxlayarkən, Bursanın Nilufər bələdiyyəsi teatrının Ermənistana getməsi yolverilməzdir”.
 
Bəyanatda qeyd olunur ki, bu kimi tədbirlər Türkiyə və Azərbaycan münasibətlərinə xələl gətirə bilər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs