news Image
2017.05.12
07:38
| A A A
“Eurovision-2017”nin finalçıları məlum olub

Kiyevdə “Eurovision-2017” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

Movqe.az-ın məlumatına görə, ikinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda mübarizə aparıb.

Çıxışlardan sonra keçirilən səsvermənin nəticələrinə əsasən, finala 10 ölkə - Bolqarıstan, Belarus, Xorvatiya, Macarıstan, Danimarka, İsrail, Rumıniya, Norveç, Niderland və Avstriya vəsiqə qazanıb.

Bununla da mayın 13-də keçiriləcək final mərhələsinin bütün iştirakçıları məlum olub.

Xatırladaq ki, Azərbaycanı “Eurovision-2017” mahnı müsabiqəsində “Skeletons" mahnısı ilə təmsil edən Diana Hacıyeva mayın 9-da birinci yarımfinalda çıxış edərək finala vəsiqə qazanıb.